Cənubi Afrika Respublikasında tikilən bir bina görənlərin marağına səbəb olur.
Bakıvaxtı.az-ın məlumatına görə, bunun da səbəbi həmin binanın daşlardan deyil, konteynerlərdən tikilməsidir. Məlumata görə, “Lot-Ek” şirkəti, eyni zamanda reklam lövhələri kimi istifadə ediləcək 140 konteynerdən ibarət modul tipli bina tikib.
Yeddimərtəbəli evin birinci mərtəbəsi ticarət obyektləri, qalan altı mərtəbəsi isə yaşayış mənzilləri üçün nəzərdə tutulub.
Layihənin memarları hesab edirlər ki, bu cür qeyri-adi binaların inşası ölkəyə turist axınına müsbət təsir göstərəcək.
Aytac Aslan
















