• Bakı 15° C

    8.7 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Koronavirus necə yayıldı? - ÜST 4 mümkün ssenarini açıqladı

DÜNYA

29 Mart 2021 | 12:54

Koronavirus necə yayıldı? - ÜST 4 mümkün ssenarini açıqladı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusun insana keçməsi ilə bağlı yekun hesabatını hazırlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, hesabatın rəsmi versiyası yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.

Hesabatda SARS-CoV-2 virusunun insana yoluxmasının 4 mümkün ssenarisi təqdim olunub.

Belə ki, koronavirusun yarasadan digər növün vasitəsilə insana keçməsi "böyük ehtimal" kimi nəzərə alınıb. Yarasadan birbaşa insana keçid ssenarisi ikinci dərəcəli ehtimal qəbul olunub.

Bununla belə, qida məhsullarından yoluxma nəzəriyyəsi "kiçik ehtimal" kimi təqdim olunub. Nəhayət, bu virusun laboratoriyadan sızması "çox az ehtimal" olunub.

Qeyd edək ki, yeni növ koronavirusun yaranması və insanlara keçməsinin araşdırılması üçün ÜST-ün bir qrup eksperti yanvarın 14-dən fevralın 9-dək Çinin Uhan şəhərində araşdırmalar aparıb.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026