• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koronavirus xəstəsi olan oğul və ataya cinayət işi açıldı

HADİSƏ

08 Dekabr 2021 | 11:06

Koronavirus xəstəsi olan oğul və ataya cinayət işi açıldı

Ağstafada müalicə olunduqları ünvanı tərk edən koronavirus xəstələri ictimai yerdə saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlər zamanı yoluxduqları COVID-19 infeksiyasından sağalmayan rayon sakinləri - Hacımurad Quliyev, onun oğlu Mehman Quliyev və Elnur Paşayevin ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları evi tərk etmələri aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxlər yaşadıqları evə göndərilib. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026