• Bakı 11° C

    3.74 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Koronavirusa üç dəfə çox yoluxma riski olan insanlar açıqlandı

DÜNYA

10 Iyul 2021 | 19:33

Koronavirusa üç dəfə çox yoluxma riski olan insanlar açıqlandı

Hamilə qadınlarda koronavirusa yoluxma ehtimalı digər insanlardan üç dəfə çoxdur.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Rusiyada Kemerovo Dövlət Tibb Universitetinin və Çita Dövlət Tibb Akademiyasının alimləri bildiriblər.

Araşdırmaya görə, COVID-19-a yoluxan hamilə qadınların 80 faizi xəstəliyin yüngül və asemptomatik gedişatına sahibdir. Bu cür xəstələr ümumi əhalidən nisbətən 3,5 faiz çox reanimasiya və anesteziya şöbələrinə köçürülüblər, lakin müalicələri üçün ağciyərlərin mexaniki havalandırması aparatına daha az ehtiyac olub.

Ayrıca, koronavirusa yoluxan hamilələrdə, yoluxmayanlara nisbətən üç dəfə çox erkən doğuş baş verib və həmin hallada 1,5 dəfə çox  qeysəriyyət əməliyyatına müraciət edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026