• Bakı 16° C

    7.34 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Yeni ştamlar yunan əlifbasının hərflərindən də çox ola bilər

DÜNYA

09 Avqust 2021 | 17:59

Yeni ştamlar yunan əlifbasının hərflərindən də çox ola bilər

"Gələcəkdə koronavirusun mutasiyalarının adlandırılması üçün yunan əlifbasının 24 hərfi kifayət etməyə bilər, bu halda yeni ştamlara bürclərin adlarının verilməsi nəzərdə tutulur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerkhove deyib.

Bildirilib ki, yeni ştamların adlandırılması üçün yunan tanrılarının adları təklif olunsa da, bu variant qəbul edilməyib.

Ekspertin sözlərinə görə, koronavirusun yeni növlərinin adlandırılması ilə bağlı qərar tezliklə elan oluna bilər.

Qeyd edək ki, bu ilin mayında ÜST COVID-19-a səbəb olan "SARS-CoV-2" koronavirus ştamlarının yunan hərfləri ilə adlandırılacağını elan etmişdi.

Bildirək ki, bu günədək məlum pandemiyanın "alfa", "beta", "qamma", "delta" və "lyambda" ştammları məlumdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026