• Bakı 19° C

    0.8 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Koronavirusa yoluxma artır

DÜNYA

05 Oktyabr 2023 | 17:53 | Müəllif: Qalib İbrahimoğlu

Koronavirusa yoluxma artır

Son günlər Yunanıstanda koronavirusa yoluxanların sayı sürətlə artır.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Yunanıstan Milli Xalq Sağlamlığı Agentliyinin (EODY) məlumatlarına görə, sentyabrın 18-dən 24-dək Covid-19 hadisələrinin, virus səbəbiylə xəstəxanaya yerləşdirilən və intubasiya edilənlərin sayı əvvəlki həftələrlə müqayisədə artıb. Xəstəxanalarda koronavirus müalicəsi alan xəstələrin sayı 800-ü, intubasiya olunan xəstələrin sayı isə 150-ni ötüb.

Hazırda halların sayı açıqlanmasa da, məktəblərdə təhsilin bərpası da bu artımda təsirli olub.

Yerli mətbuat Covid-19-a qarşı yeni peyvənd prosesinin bu ay başlayacağını yazır. Covid-19 hallarının səhiyyə sisteminə təzyiq göstərməsinin qarşısını almaq üçün yaşlıların və xroniki xəstəlikləri olan insanların peyvənd edilməsinə xüsusi diqqət yetiriləcək.

Yunanıstan yeni peyvənd prosesi üçün artıq 1 milyon 600 min doza peyvəndi təmin edib. Bu dəfə peyvənd tələb olunmayacaq və istəyənlər peyvənd olunmaq üçün müraciət edə bilərlər.

Murad Məmmədli​​​​​​​


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR