Nepalda baş verən zəlzələ nəticəsində azı 157 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TASS-a istinadən xəbər verir.
Bildirilib ki, təbii fəlakət nəticəsində 170 nəfər yaralanıb.
Nepalın Baş naziri Puşpa Kamal Dahal 105 nəfərin həlak olduğu Cayarkot regionuna səfər edib. Səfərdən sonra Baş nazir bütün siyasi partiyaları, eləcə də ictimai təşkilatları zərər çəkmiş rayonların sakinlərinə kömək etməyə çağırıb.
08:36
Hindistan-Nepal sərhədində güclü zəlzələ olub..
Bakıvaxtı.az xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin yaydığı məlumata görə, yeraltı təkan 6 bal gücündə qeydə alınıb.
Zəlzələnin episentri Nepalın 9 min nəfərə yaxın əhalisi olan Cumla şəhərindən 36 kilometr Cənub-Şərqdə və təxminən 182 min nəfərin yaşadığı Hindistanın Bəhraiç şəhərindən 166 kilometr Şimal-Şərqdə yerləşib.
Hindistanın paytaxtı Yeni Dehlidə də binaların silkələndiyi xəbər verilir.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 5,6, Hindistan Seysmoloji Mərkəzi isə 6,4 bal gücündə qiymətləndirib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, zəlzələ nəticəsində ölənlərin sayı 140-a çatıb. Xəsarət alanların sayı isə 100 nəfəri keçib.
















