• Bakı 25° C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.8896

    RUB - 0.0193

BQXK Prezidenti Qəzzaya gedib

DÜNYA

04 Dekabr 2023 | 17:03

BQXK Prezidenti Qəzzaya gedib

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Prezidenti Mirjana Spoljaric Qəzzaya gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin mətbuat xidməti bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Prezident Spoljaric Qəzzada mülki əhalinin qorunmasına, müharibə qanunlarına hörmət etməyə və girovların dərhal azad edilməsinə çağırış edəcək. BQXK Prezidentinin yaxın həftələrdə İsrailə səfər edəcəyi də qeyd olunub.
Qəzzada Prezident Spoljaric BQXK-nın yerli komandası ilə ilə görüşəcək və Avropa Xəstəxanasına baş çəkəcək.

BQXK Prezidenti "X" hesabında artıq Qəzzaya çatdığını bildirib.

"İnsanların əzablarının dözülməz olduğu Qəzzaya gəldim. Mülki əhalinin müharibə qanunlarına uyğun olaraq müdafiə olunması və yardımın maneəsiz daxil olması üçün təcili çağırışımızı təkrar edirəm", - o paylaşımında qeyd edib.


SON XƏBƏRLƏR

07 Sentyabr 2024