• Bakı 10° C

    4.45 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Koronavirusun yeni ştamı TAPILDI

DÜNYA

04 Yanvar 2022 | 10:38 | Müəllif: Subhan Mahmudov

Koronavirusun yeni ştamı TAPILDI

Fransanın cənubunda koronavirusun yeni ştamı aşkar edilib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriyanın “Heute” qəzeti məlumat yayıb.

Naməlum ştamın Kamerundan Fransaya qayıdan səyahətçilərdə aşkar edildiyi bildirilir.

Mütəxəssislər virusun bu variantının törədicisinin Kamerunda geniş yayıldığını istisna etmirlər. Aparılan testlər nəticəsində yoluxmuş insanlarda atipik mutasiya birləşməsi aşkar edilib.

Yeni versiya B.1.640.2 adını alıb və fransız alimlərinin araşdırmasında yeni variantda 46 mutasiyanın müəyyən edildiyi qeyd olunub. Bu ştamın yoluxma səviyyəsi məlum deyil.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026