• Bakı 29° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Sumqayıt və Saray qəsəbə sakinlərinin NƏZƏRİNƏ: Körpü SÖKÜLÜR - FOTO -VİDEO

CƏMİYYƏT

20 Dekabr 2024 | 13:17 | Müəllif: Qalib İbrahimoğlu

Sumqayıt və Saray qəsəbə sakinlərinin NƏZƏRİNƏ: Körpü SÖKÜLÜR - FOTO -VİDEO

Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur-Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq işlərə başlanılıb.

Bu barədə Bakıvaxtı.az-a AAYDA-dan bildirilib.

Məlumata görə, Agentlik tərəfindən uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

İlkin mərhələdə mövcud kommunikasiya xətlərinin köçürülməsi, köhnə körpünün sökülərək ərazinin təmizlənməsi, tikinti sahəsinin hazırlanması işləri yerinə yetirilir.

Qeyd edək ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb.

Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib.

Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.

Qərara əsasən, mövcud körpünün sökülməsi və yeni körpünün inşası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə olunub.

 


Sumqayıt və Saray qəsəbə sakinlərinin NƏZƏRİNƏ: Körpü SÖKÜLÜR - FOTO -VİDEOSumqayıt və Saray qəsəbə sakinlərinin NƏZƏRİNƏ: Körpü SÖKÜLÜR - FOTO -VİDEOSumqayıt və Saray qəsəbə sakinlərinin NƏZƏRİNƏ: Körpü SÖKÜLÜR - FOTO -VİDEOSumqayıt və Saray qəsəbə sakinlərinin NƏZƏRİNƏ: Körpü SÖKÜLÜR - FOTO -VİDEOSumqayıt və Saray qəsəbə sakinlərinin NƏZƏRİNƏ: Körpü SÖKÜLÜR - FOTO -VİDEOSumqayıt və Saray qəsəbə sakinlərinin NƏZƏRİNƏ: Körpü SÖKÜLÜR - FOTO -VİDEOSumqayıt və Saray qəsəbə sakinlərinin NƏZƏRİNƏ: Körpü SÖKÜLÜR - FOTO -VİDEOSumqayıt və Saray qəsəbə sakinlərinin NƏZƏRİNƏ: Körpü SÖKÜLÜR - FOTO -VİDEOSumqayıt və Saray qəsəbə sakinlərinin NƏZƏRİNƏ: Körpü SÖKÜLÜR - FOTO -VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026