Mayın 6-da İngiltərə kralı III Çarlzın tacqoyma mərasimindən sonra kral ailəsinin üzvləri nəhəng konsertdə bir araya gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, Tacqoyma mərasimində Katy Perry və Lionel Richie kimi dünyaca məşhur amerikalı sənətçilər və britaniyalı müğənnilər səhnəyə çıxıblar.
20 mindən çox insanın iştirakı ilə keçirilən bayram gecəsində işıq və rəqs nümayişləri təşkil edilib.
Keti Perrinin konserti ilə coşğu pik həddə çatıb. Kral Çarlz və Kraliça Kamilla tamaşaçı kreslosunda Vindzor qəsrindəki nəhəng səhnədə tamaşaya baxdılar; Şahzadə Uilyam, şahzadə Keyt Middlton və onların uşaqları Şahzadə Corc və Şahzadə Şarlotta və kral ailəsinin digər üzvləri rəqs ediblər.
Ay Tac














