Kral III Çarlz İngiltərə kraliçası II Elizabetin ölümündən sonra Kornuol hersoqu titulunu da daşıyan oğlu Şahzadə Uilyamın kirayəsini ödəməli olacaq.
Bakıvaxtı.az-ın məlumatına görə, Şahzadə Uilyamın atasından ildə 700 min funt-sterlinqdən çox kirayə haqqı alacağı təxmin edilir.
Kral Çarlzdan Kornuol hersoqu titulunu da alan şahzadə Uilyam, atasının sevimli evlərindən biri olan Hayrovun sahibi olub. Kral Çarlzın bu evi 1980-ci illərdə aldığı və burada yaşamağa davam etmək istədiyi təqdirdə oğluna kirayə pulu ödəməli olduğu bildirilib.
Nuranə Daxilqızı
















