Kremlin sözçüsü Dmitri Peskov Ermənistanın KTMT-dən çıxması ilə bağlı səsləndirilən fikirlərə aydınlıq gətirib.
Bakıvaxtı.az xəbər verir ki, o, KTMT-nin planında belə bir məsələnin olmadığını bildirib.
“Erməni tərəfdaşlar ilə tez-tez əlaqə saxlayırıq. Müvafiq sənədlərə əsasən, KTMT-nin planında belə bir şey yoxdur. Qarşı tərəflə danışıb bu barədə öyrənəcəyik”.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən həftə “France 24” telekanalına müsahibəsində ölkəsinin KTMT-də iştirrakını dayandırdığını demişdi.
Günəş Mərd






jpg-1711533704.webp)









