• Bakı 9° C

    4.29 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bu ölkədə eynicinsli nikahlar tanınacaq

DÜNYA

27 Mart 2024 | 13:04

Bu ölkədə eynicinsli nikahlar tanınacaq

Tailand Milli Assambleyasının (parlamentin aşağı palatası) Nümayəndələr Palatası eynicinsli nikahların tanınması haqqında qanun layihəsini təsdiqləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Thairath” qəzeti məlumat yayıb .

Qeyd edilir ki, qanunun qüvvəyə minməsi üçün bu təşəbbüsə parlamentin yuxarı palatası - Senatda baxılmalıdır. Bundan sonra qanun layihəsi də Tayland kralı Maha Vajiralonqkornun (Rama X) təsdiqini almalı olacaq.

Aydınlaşdırılır ki, qanun layihəsi təsdiqlənmənin bütün mərhələlərini keçərsə, Tailand Cənub-Şərqi Asiyada (ASEAN) eynicinsli nikahları qanuniləşdirən ilk ölkə olacaq.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026