• Bakı 14° C

    13.84 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

İranda dörd məhkum edam edildi

DÜNYA

26 Aprel 2024 | 11:06

İranda dörd məhkum edam edildi

İranın Kərəc şəhərində dörd məhkum barəsində çıxarılan edam hökmü icra olunub.

Bakıvaxtı.az ir.voanews.com-a istinadən xəbər verir ki, məlumatı İranın İnsan Hüquqları üzrə təşkilatı yayıb.

Məlumata görə, onlar “narkotik maddələrin qanunsuz ticarəti” və “qəsdən adam öldürmək” maddələri ilə mühakimə olunublar.

Bildirilib ki, qətl maddəsi üzrə mühakimə edilmiş Peyman Əzizi adlı şəxs yeniyetmə olub. Onun yetkinlik yaşına çatmayan cinayətkar kimi edam olunduğu qeyd edilib.

İnformasiyaya əsasən, edam olunanlardan biri qadındır. Bu, 2024-cü ildə barəsində ölüm hökmü çıxarılan və edam olunan 5-ci qadındır. 2023-cü ildə İranda 22 qadın edam olunmuşdu. 2010-cu ildən indiyədək ölkə üzrə 215 qadın barəsində çıxarılmış ölüm hökmü icra edilib.

Qeyd olunub ki, 2013-cü ildən 2023-cü ilədək İranda 40-ı uşaq olmaqla, 4829 nəfər edam olunub.

Xatırladaq ki, İranda sonuncu edam hökmü bu il aprelin 23-də reper Tomay Salehi barəsində çıxarılıb. O, 2022-ci ildə İranda keçirilən etiraz aksiyalarının fəal iştiraçılarındandır.


SON XƏBƏRLƏR