• Bakı 7° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Son on ildə dünyada 63 mindən çox miqrant ölüb

DÜNYA

27 Mart 2024 | 13:44 | Müəllif: Qalib İbrahimoğlu

Son on ildə dünyada 63 mindən çox miqrant ölüb

BMT-nin Miqrasiya Agentliyi son on il ərzində 63 mindən çox miqrant ölümünü qeydiyyata alıb. Əvvəlki illərlə müqayisədə ən çox ölüm halı 2023-cü ildə baş verib.

Bakıvaxtı.az bu barədə BMT-nin rəsmi saytına istinadla xəbər verir.

Məlumata görə, 28 min 854 miqrant Aralıq dənizində həlak olub. Onların əsas hissəsi Əfqanıstan, Myanma, Suriya və Efiopiya vətəndaşlarıdır. Ölüm hallarının təxminən 60 faizi suda boğulma ilə bağlıdır.

“Miqrant ölümlərinin sənədləşdirilməsinin onilliyi” adlı hesabatda axtarış və xilasetmə imkanlarının gücləndirilməsinin və daha təhlükəsiz miqrasiya marşrutlarının olmasının vacibliyi bildirilib.

Hesabatda, həmçinin itkin düşənlərin ölənlər siyahısına daxil edildiyi və onların da sayının artdığı vurğulanır. Məlumata görə, siyahıda yer alanların üçdə ikisindən çoxu itkin düşənlərdir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026