Çin atmosfer və kosmos mühitinin müşahidələri üçün istifadə edilən "Yunhay-2" peyklərinin üçüncü qrupunu kosmosa göndərib.
Bakıvaxtı.az bu barədə “Xinhua” agentliyinə istinadla xəbər verir.
Məlumata görə, ölkənin şimalında Şansi əyalətində "Yunhay-2" peyki və "Long Mart 6" raketi Tayyüen mərkəzindən işə salınıb.
Orbitə buraxıldıqdan sonra planlaşdırılmış orbital mövqelərinə yerləşdiyi bildirilən peyklərin atmosfer və dəniz mühitinin müşahidələri və kosmik mühitin tədqiqi üçün istifadə ediləcəyi bildirilib.
Peyklərin hərbi məqsədi olmadığı bildirilsə də, bəzi qərbli ekspertlər onların hərbi məqsədli olduğunu bildirir.
Qeyd edək ki, “Yunhay-2” peyklərinin birinci qrupu 2018-ci ildə, ikinci qrupu isə martın 21-də kosmosa buraxılıb.
Günəş Mərd















