• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Krım körpüsü ilə bağlı daha 3 nəfər HƏBS OLUNDU

DÜNYA

17 Oktyabr 2022 | 12:34

Krım körpüsü ilə bağlı daha 3 nəfər HƏBS OLUNDU

Moskvanın Basman Rayon Məhkəməsi Krım körpüsündə baş verən partlayışda iştirak etməkdə şübhəli bilinən 3 Rusiya vətəndaşı barədə həbs qərarı çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən şəxslər dekabrın 8-nə qədər həbsdə qalmalı olacaq. 

Bildirilir ki, Krım körpüsündə baş verən partlayışda iştirakda şübhəli bilinən bütün şəxslər barəsində terror aktının törədilməsi ittihamı irəli sürülüb. 

Xatırladaq ki, oktyabrın 13-ü Krımda məhkəmə sözügedən məsələ ilə bağlı 5 nəfər barəsində həbs qərarı çıxarıb. 

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, oktyabrın 8-i Krım körpüsündə baş verən partlayışın hazırlanmasında iştirak edən 12 nəfər müəyyən edilib. Həmin şəxslərdən bir neçəsi saxlanılıb. Sözügedən şəxslərin isə 5-i Rusiya, 3-ü Ukrayna və 1-i Ermənistan vətəndaşlarıdır. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026