• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Krım körpüsündə baş verən partlayış nəticəsində ölənlərin sayı

DÜNYA

08 Oktyabr 2022 | 15:32

Krım körpüsündə baş verən partlayış nəticəsində ölənlərin sayı

İlkin məlumatlara əsasən, Krım körpüsündə baş verən partlayış nəticəsində 3 nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Ölənlərin partladılmış yük maşınının yaxınlığında olan minik avtomobilinin sərnişinləri olduğu ehtimal edilir

“İki ölən şəxsin - kişi və qadının cəsədi artıq sudan çıxarılıb, onların şəxsiyyəti müəyyənləşdirilir”, - məlumatda deyilir.

Müstəntiqlər yük maşını və onun sahibi haqqında məlumat əldə ediblər. Onun Krasnodar diyarının sakini olduğu üzə çıxıb və yaşadığı ünvanda araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026