• Bakı 8° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Kürdə suyun səviyyəsi ARTDI

CƏMİYYƏT

19 Iyun 2023 | 12:16

Kürdə suyun səviyyəsi ARTDI

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, bu gün səhər saat 8:00-a olan məlumata görə, Göygöl rayonunun ərazisindən keçən Kürəkçayda suyun səviyyəsi 56 sm olub. Çayda suyun səviyyəsi 6 sm artıb.

Həmçinin Tovuz rayonunun ərazisindən keçən Axınçayda suyun səviyyəsi 62 santimetr təşkil edib. Bu, ötən günlə müqayisədə 5 santimetr artım deməkdir.

Tovuz rayonu Əsrikçay Əsrikcırdaxan avtomat hidroloji stansiyasında suyun səviyyəsi 36 sm-dir. Dünənlə müqayisədə çayda suyun səviyyəsində 12 santimetr artım müşahidə olunub.

Qobustan rayonu ərazisindən keçən Pirsaatçayda suyun səviyyəsi 36 santimetr təşkil edib. Ötən günlə müqayisədə artım 1 santimetr olub.

Sabirabad rayonu Kür Surra hidroloji stansiyasında suyun səviyyəsi ötən günlə müqayisədə 36 sm qalxıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR