• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Azərbaycanlı tələbələr daha çox bu ölkələrə üz tuturlar

CƏMİYYƏT

19 Iyul 2023 | 11:10 | Müəllif: Qalib İbrahimoğlu

Azərbaycanlı tələbələr daha çox bu ölkələrə üz tuturlar

Azərbaycan müstəqilliyini bərpa edəndən sonra azərbaycanlı gənclərin təhsil almaq məqsədilə xarici ölkələrə axını da artıb. Onların sırasında dövlət xətti ilə gedənlərlə yanaşı öz hesabına və ya təqaüd proqramları vasitəsilə xaricə gedənlər də az deyil.

Xaricdə təhsil üzrə ekspert Elvin Cavadzadə Bakıvaxtı.az-a bildirib ki, azərbaycanlı gənclər, təhsil üçün demək olar, hər bir ölkəyə üz tuturlar. Onun sözlərinə görə, son illərin müşahidələri gənclərimizin daha çox qardaş Türkiyəyə üstünlük verdiklərini göstərir: “Azərbaycanlı gənclər təhsil üçün əsasən Türliyəyə üx tuturlar. Bunun əsas səbəbi dil, mədəniyyət bərabərliyi, eyni zamanda iki ölkənin siyasi və tarixi münasibətləridir”.

Ekspert qeyd edib ki, Türkiyə bursları tələbələrə kifayət qədər şərait yaradır: “Onlar aldıqları təqaüd hesabına xərclərinin müəyyən bir hissəsini qarşılaya bilirlər”,

Bundan başqa, Almaniya, Kanada, Macarıstan, İngiltərədə də təhsil alan tələbələrimizin sayı az deyil.

Elvin Cavadzadə, xaricdə təhsil üzrə ekspert

Müsahibimiz bildirib ki, azərbaycanlı gənclər xarici ölkələrdə əsasən tibb, iqtisadi yönümlü ixtisaslar və müxtəlif mühəndislik sahələrinə üstünlük verirlər.

Xaricdə təhsil alanlarən diplomlarının tanınmasına gəlincə, E.Cavadzadə hesab edir ki, bu məsələ hazırda kifayət qədər asandır. Onun dediyinə görə, belə ki, sənədlər onlayn olaraq Təhsildə Keyfiyyət Təminat Agentliyinin (TKTA) sisteminə yüklənir və 6 aya qədər müddət verilir. Təsdiqləndiyi halda şəhadətnamə təqdim olunur.

Nərgiz Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR