Dünyanı bürüyən koronavirus epidemiyası yenidən qorxu yayıb. İctimai səhiyyə mütəxəssisləri Delta və Omicron variantlarından sonra yeni növ epidemiyanın yayıldığını bildiriblər.
Bakıvaxtı.az xəbər verir ki, hər dəfə koronavirusun yeni variantları yayılanda peyvənd araşdırmaları da sürətlənir. Bu dəfə də ənənə pozulmadı.
Məlumatlara görə, səhiyyə təşkilatları omikrona qarşı hazırlanmış yeni COVID peyvəndini gələn aydan etibarən əlçatan edəcək. Bununla belə, “Eris” variantı ilə bağlı yeni tədqiqatlara işarə edilir.
Bu arada prof. Dr. Canan Karatay COVID-19 peyvəndi ilə bağlı diqqətçəkən açıqlamalar verib. Onun spzlərinə görə, COVID-19 peyvəndi olanlarda dəri səpgiləri, qaşınma, şinglə, beyin və ürək xəstəlikləri artıb.
“Peyvənd immunitet sistemini çökdürüb, qızılca ilə ört-basdır etməyə çalışırlar”, - deyə Canan Karatay vurğulayıb.
Nərgiz Məmmədli


















