• Bakı 10° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Kurskda su anbarı ilə bağlı qadağa tətbiq edildi

DÜNYA

24 Avqust 2024 | 23:40 | Müəllif: Subhan Mahmudov

Kurskda su anbarı ilə bağlı qadağa tətbiq edildi

Kursk vilayətinin operativ qərargahı Kursk AES-in yerləşdiyi Kurçatov şəhərindəki su anbarının sularında məhdudiyyətlərin tətbiqi barədə qərar qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru vəzifəsini icra edən Aleksey Smirnov məlumat verib.

“Regional əməliyyat qərargahı Kurçatov su anbarının sularında və onun sahil zonasında mədəni, idman və digər tədbirlərin keçirilməsinə qadağa qoyulması barədə qərar qəbul edib. Kiçik qayıqların, reaktiv xizəklərin və digər su gəmilərinin də hərəkəti qadağandır. Bundan əlavə, sahil zonasında əyləncə məkanlarının fəaliyyəti və kütləvi tədbirlərin keçirilməsinə də qadağa qoyulub”, - o qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026