"NATO təhlükəsizlik məsələlərində əməkdaşlıq və həmrəylik təşkilatı olmaqdan əlavə müəyyən addımlar atmalıdır".
Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş deyib.
Onun sözlərinə görə, NATO-nun ikinci ən böyük ordusu ilə öyünən Türkiyə 70 ildən artıqdır alyansın üzvüdür:
"Türkiyə NATO-nun mühüm müttəfiqlərindən biri olaraq NATO üzvlüyünə davam edəcək. Türkiyə həm NATO-da, həm də NATO-ya üzv olan digər ölkələrlə ikitərəfli əlaqələrini davam etdirəcək. Lakin ümumilikdə hesab edirik ki, NATO bu prosesdə öz yeni funksiyalarını nəzərdən keçirməlidir".
O, əlavə edib ki, qlobal münaqişə potensialı olan bəzi məsələlərin, xüsusilə Rusiya-Ukrayna böhranının gündəmə gəlməsi NATO-nun təhlükəsizlik məsələlərində sadəcə əməkdaşlıq və həmrəylik təşkilatı olmaqdan əlavə müəyyən addımlar atmalı olduğunu göstərir.
Gülşən Şərif
















