• Bakı C

    2.46 m/s

  • USD - 1.7

    EUR - 1.7513

    RUB - 1.6667

Məhəmməd Yunus dövlət strukturunu dəyişməyə çağırıb

DÜNYA

08 Avqust 2024 | 15:43

Məhəmməd Yunus dövlət strukturunu dəyişməyə çağırıb

Banqladeşin müvəqqəti hökumətinin başçısı Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus insanların hökumətə qorxu ilə baxmaması üçün ölkənin dövlət strukturunda dəyişikliklər edilməsini istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Məhəmməd Yunus Dəkkəyə gələrkən keçirdiyi brifinqdə deyib.

"Ölkə indi gənclərin əlindədir. Mən onları ölkəni öz istəklərinə uyğun yenidən qurmağa çağırıram ki, dünya bizə baxsın və necə ayağa qalxacağımızı bilsin. Biz dövlət strukturumuzu dəyişməliyik və bütün qorxu elementlərini ondan uzaqlaşdırmalıyıq. İnsanlar ona baxsınlar və düşünsünlər ki, dövlət onları qorumaq üçün yaradılıb”, - deyə o bildirib.

Müvəqqəti hökumətinin başçısı ölkədə anarxiya və zorakılığa son qoyulmasının vacibliyini də vurğulayaraq deyib: "Mənə güvənirsinizsə, zəmanət verə bilərəm, belə hallar bir daha təkrarlanmayacaq. Amma bunun üçün sizin də iştirakınız lazımdır. Məni dinləsəniz, hərəkətə keçə bilərəm. Əgər dinləməsəniz, lütfən, mənimlə vidalaşın, mənim mövcudluğuma ehtiyac olmayacaq”.


SON XƏBƏRLƏR