• Bakı 28° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

La-Manş boğazını keçən 4 miqrant suda boğularaq ölüb

DÜNYA

12 Iyul 2024 | 17:41

La-Manş boğazını keçən 4 miqrant suda boğularaq ölüb

La-Manş boğazını keçməyə çalışan 4 qeyri-qanuni immiqrantın öldüyü, 56 nəfərin isə xilas edildiyi bildirilib.

Bakıvaxtı.az xəbər verir ki, Manş və Şimal dənizi qubernatorluğundan verilən açıqlamaya əsasən, bu gün saat 04.30 radələrində hadisə qeydə alınıb.

nildirilib ki, Fransız xilasetmə gəmisi "Minck" La-Manş boğazında keşik çəkərkən nizamsız mühacirləri daşıyan qayığın batdığını təsbit edib.

Xilaseidici 56 nəfəri xilas edərək sahilə çıxarıb. 4 nəfərin isə həyatını xilas etmək mümkün olmayıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR