Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriya Səhiyyə Nazirliyinin Kollegiyasının 11 senytabr 2024-cü il tarixində 12 nömrəli qərarı ilə yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Mərkəzi Kimyəvi və Toksikoloji Laboratoriyasının Baş direktoru Mətanət Axundova deyib.
Onun sözlərinə görə, laboratoriya dövrün aktual tələblərini yerinə yetirir:
"Ölkədə laborotoriyalar çox olsa da, mərkəzləşdirilmiş yüksək kimyəvi və toksikoloji laborotoriya mövcud deyildi. Laboratoriya əhalinin sağlamlığının qorunması, elmi və texniki işlərin yaradılması, aparılan müayinələrin şübhəli nəticələrinin müəyyən edilməsi məqsədilə fəaliyyət göstərir".
Mina Mikayılova