“Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin iki mənası var”.
Bunu Bakıvaxtı.az-a politoloq Nazim Cəfərsoy Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, bunlardan birincisi, Rusiya ilə Azərbaycan arasında bağlanan müqavilənin bir illiyi, münasibətlərin bu kontekstdə gələcəyi ilə bağlıdır.
Politoloq deyib ki, ikincisi isə, Ermənistan və Azərbaycan arasındakı müzakirələrdəki yeniliklər və bu proseslər fonunda Rusiyanın vasitəçiliyi, fəallaşması, yeni mənzərənin təhlil edilməsi ilə bağlıdır.
“Diqqət etdinizsə,Sergey Lavrov Bakıya gələndən sonra birinci ölkə Prezidenti İlham Əliyevlə, sonra xarici işlər naziri Ceyhun Bayramovla görüşdü. Lakin prtokola görə, xarici işlər naziri birinci həmkarı ilə görüşməli idi. Belə ehtimal etmək olar ki, Lavrovun cənab Prezidentlə razılaşdırması gərəkən məqamlar var imiş”, - deyə Nazim Cəfərsoy əlavə edib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 27-28-də Azərbaycanda səfərdə olub.
Nuranə Daxilqızı












jpg-1680256450.webp)



