• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Lənkəranda "Prius" velisopedçini vuraraq öldürdü

HADİSƏ

02 Sentyabr 2025 | 01:10 | Müəllif: Subhan Mahmudov

Lənkəranda "Prius" velisopedçini vuraraq öldürdü

Lənkəranda "Toyota Prius" markalı avtomobilin sürücüsü velosipedçini vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Göyşaban kəndi ərazisində qeydə alınıb. Lənkəran rayonunun Liman şəhər sakini 2005-ci il təvəllüdlü Cavid Ceyhun oğlu Səfərli idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən velosipedçi, Lənkəran rayonunun Yuxarı Nüvədi kənd sakini 1976-cı il təvəllüdlü Rasim Cəbrayıl oğlu Teymurovu vurub. R.Teymurov aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026