• Bakı 28° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.8551

    RUB - 0.0198

Lerikdə "Niva" maşını ağaca çırpılıb - Xəsarət alanlar var

HADİSƏ

13 Iyul 2024 | 09:41

Lerikdə Niva maşını ağaca çırpılıb - Xəsarət alanlar var

Lerikdə "Niva" markalı avtomobil idarəetməni itirərək ağaca çırpılıb.

Bakıvaxtı.az APA-ya istinadən məlumat verir ki, axşam saatlarında Lerik rayonunun Rəzəvül kəndində, "meşə yolu" deyilən ərazidə qəza hadisəsi baş verib.

Nəticədə avtomobildə olan iki nəfər Lerik rayonunun Rəzəvül kənd sakinləri 1950-ci il təvəllüdlü Kamal Balamirzə oğlu Kazımov və 1951-ci il təvəllüdlü Balabəy Əzim oğlu Həmidov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Hər iki şəxsə ilkin tibbi yardım göstərilib. Vəziyyəti ağır olan K.Kazımov reanimasiya şöbəsinə yerləşdirilib. Digər xəstənin müalicəsi müvafiq şöbədə davam etdirilir.


SON XƏBƏRLƏR

07 Avqust 2024