• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Lerikin 45 kəndi işıqsız qalıb

CƏMİYYƏT

09 Yanvar 2023 | 13:41 | Müəllif: Qalib İbrahimoğlu

Lerikin 45 kəndi işıqsız qalıb

Qarlı hava şəraiti ilə bağlı Lerikin 45 yaşayış məntəqəsi işıqsız qalıb.

Bakıvaxtı.az xəbər verir ki, ötən axşamdan başlayaraq Lerikə güclü qar yağıb. Qarın hündürlüyü rayon ərazisinə 20 sm, dağlarda 35 sm-dir. Qar əsasən rayonun elektrik təsərrüfatına ziyan vurub. 2500 abonenti əhatə edən 45 yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayanıb.

Lerik Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Vüqar Mirzəyev APA-ya bildirib ki, hazırda həmin kəndlərdə elektrik enerjisinin verilişinin bərpası üçün işlər aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026