Türkuyə lirəsi ABŞ dolları qarşısında ucuzlaşmaqda davam edir. Bu gün birjalarda dollar/Türkiyə lirəsi məzənnəsi rekordunu yeniləyib, 27,42 səviyyəsinə qədər yüksəlib. Türk lirəsi son bir neçə həftədə 26,95 səviyyəsində mübadilə edilirdi.
Qeyd edək ki, bundan əvvəl “taxıl müqaviləsi”nin ləğvi fonunda türk lirəsi rekord həddə düşüb.
Türkiyə lirəsinin ucuzlaçmasının Azərbaycana hansısa təsiri ola bilərmi?
İqtisadçı-ekspert Fuad İbrahimov Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, müəyyən təzyiqlər nəticəsində Türkiyə lirəsində ucuzlaşma prosesi gedir: “Lakin qısa zaman kəsiyində ucuzlaşmanın qarşısı alınaraq Türkiyə lirəsinin dayanıqlı formata keçməsi proqnozlaşdırılır. Nəzərə almaq lazımdır ki, pandemiya dövründə bütün dünyada infilyasiya olmuşdu, hər bir ölkə bu problemdən əziyyət çəkirdi. Anti-infilyasiya proqramramları ilə mübarizədə istifadə olunan ən üstün alət uçot dərəcələrinin artırılmasıdır”.
Onun sözlərinə görə, qardaş Türkiyədə isə bu proses əksinə aparılmışdı: “Hətta bir ildə Mərkəzi Bankın rəhbərliyi 4 dəfə dəyişmişdi. Lirənin ucuzlaşmasına səbəb olan amillərdən biri də budur”.
Ekspert vurğulayıb ki, gedən prosesin Azərbaycan manatına heç bir təsiri yoxdur: “Maliyyə dayanıqlılığımızı, hökumətin daxili borcu kifayət qədər risqsiz 10%-ə endirməsi, əlbəttə ki, manatı güclü formata gətirir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının aparıcısı olan neft qiymətlərinin nəzərdə tutulmuş xərclərə uyğun olması onu göstərir ki, manat davamlı və sabitdir”.
Aytac Aslan



jpg-1694149303.webp)



jpg-1694066463.webp)




jpeg-1694015400.webp)

jpg-1693977099.webp)

