Litva Prezidenti Qitanas Nauseda Türkiyə və İraq prezidentləri Rəcəb Tayyib Ərdoğana və Barham Salehiyə zəng vuraraq Belarusla sərhəddə qeyri-qanuni miqrasiya axınının qarşısını almaq üçün tədbirləri müzakirə edib.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Litva liderinin administrasiyası məlumat yayıb: "İraqlı həmkarı ilə söhbət əsnasında Nauseda Litva-Belarus sərhədini keçənlərin əksəriyyətinin İraqdan olduğunu və Belarusun bu insanları siyasi manipulyasiya aləti olaraq istifadə etdiyini bildirib. Litva lideri Salehini İraq vətəndaşlarının Litvadan geri qaytarılması prosesini sürətləndirməyə çağırıb".
Litva prezident administrasiyasından verilən məlumata görə, Türkiyə Prezidenti ilə söhbət zamanı Nauseda Litva ilə sərhəddə miqrant axınının kəskin artmasının Belarusun bütün Avropa Birliyinə qarşı geosiyasi silah olaraq istifadə etdiyi hibrid hücum olduğunu vurğulayıb. Prezident Ərdoğandan bölgədəki nüfuzundan istifadə etməsini və digər ölkələri Avropa Birliyinə asan bir qanunsuz yol vədlərinə inanmamaları və cinayət strukturlarının təşkil etdiyi qanunsuz miqrasiya sxemlərində iştirak etməmələri üçün xəbərdar etməsini istəyib.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















