Livan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundan (UNICEF) 25 ton tibbi yardım alıb.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu Beyrutdakı Rafik Həriri Beynəlxalq Hava Limanında keçirilən ianə mərasimində iştirak edən Livanın Səhiyyə naziri Firas Abyad deyib.
O, bu yardımının xəstəxanalar və səhiyyə sektorunun üzləşdiyi çətin vəziyyət fonunda əhəmiyyətli olduğunu açıqlayıb.
"Xəstəxanalarımızda tibbi yardıma ehtiyacı olan 1,2 milyon köçkün bu yardımdan faydalanacaq", - deyə Abyad vurğulayıb.
UNICEF-in Livandakı nümayəndəsi Eduard Beiqbeder isə çıxışı zamanı bildirib ki, təşkilatın ümumi yardımı 67 ton olacaq. UNICEF bir neçə növ xəstəliyə həssas olan 700 min insana xidmət edə biləcək.
Gülşən Şərif
















