Livanda 570 mindən çox məcburi köçkün atəşkəs elan edildikdən sonra öz evlərinə qayıtmağa başlayıb.
Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Livandakı Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi (OCHA) məlumat yayıb.
Məlumata görə, atəşkəsdən sonra 578,6 mindən çox məcburi köçkün öz evlərinə qayıtmağa başlayıb. Bu, 8 oktyabr 2023-cü il və 25 noyabr 2024-cü il tarixləri arasında Livanda qeydə alınmış 899,7 min məcburi köçkünün təxminən 65%-ni təşkil edir.
Hesabatda həmçinin qeyd olunub ki, məcburi köçkünlərin ümumi sayının 51 faizi qadınlar, 49 faizi kişilərdir.
Gülşən Şərif