Livanda yaşayan 146 çinli və onların 5 əcnəbi ailə üzvü Pekinə gediblər.
Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin məlumat yayıb.
Qeyd olunub ki, sözügedən vətəndaşlar bu gün "Air China" çarter reysi ilə təhlükəsiz şəkildə Pekinə göndəriliblər. Hazırda Livanı tərk etmək istəyən bütün Çin vətəndaşları ölkədən təhlükəsiz şəkildə təxliyə edilir.
Çinin Livandakı səfirliyi fəaliyyətini davam etdirəcək.
Gülşən Şərif















