Siciliyanın cənub-şərqindəki Sirakuza əyalətində çərşənbə günü təkcə İtaliya üçün deyil, bütün Avropa üçün rekord temperatur qeydə alınıb.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, oradakı havanın hərarəti 48.8 dərəcəyə qədər yüksəlib.
Rekord Afrikadan gələn "Lucifer" anti-siklonunun Avropa ərazilərindən keçdiyi vaxt qeydə alınıb. Cəhənnəm istisi özü ilə təkcə yandırıcılıq deyil, həm də yüksək rütubət gətirib.
Qeyd edək ki, Avropada istilik dalğasının əvvəlki rekordu 1977 -ci ildə Afinada 48 dərəcə istiliklə qeydə alınmışdır.
















