• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Lukaşenko: Rusiya qoşunlarının Belarusda yerləşdirilməsi mümkündür

DÜNYA

30 Iyul 2021 | 15:37

Lukaşenko: Rusiya qoşunlarının Belarusda yerləşdirilməsi mümkündür

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, əgər lazım olsa, müttəfiq dövlətin təhlükəsizliyi üçün Rusiya Federasiyasının Silahlı Qüvvələrini respublikada yerləşdirməyə hazırdı.

"Belarusiya və Rusiyanın əmin-amanlığı üçün qurduğumuz ittifaq dövlətin təhlükəsizliyi üçün bütün silahlı qüvvələri buraya yerləşdirmək lazımdırsa, dərhal buraya yerləşdiriləcək", - Lukaşenko deyib.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, eyni zamanda, Lukaşenko indi buna ehtiyac olmadığını vurğulayıb.

Belorusiya Prezidenti Rusiya bazalarının ölkəsində yerləşdirilməsi məsələsinin heç vaxt ən yüksək səviyyədə müzakirə olunmadığını da deyib.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR