"Rusiya Prezidenti ilə daim əlaqə saxlayırıq, bir-birimizi vəziyyətlə bağlı məlumatlandırırıq, gələcək üçün hərəkətlərimizi planlaşdırırıq”.
Bakıvaxtı.az “RİA-Novosti”yə istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşü zamanı bildirib.
Belarus Prezidenti rusiyalı həmkarı ilə dekabrın sonunda cari hadisələri müzakirə etməyi və gələn il üçün planları müəyyənləşdirməyi planlaşdırdığını açıqlayıb.
“Düşünürəm ki, ayın sonunda biz kartları bir daha yoxlayacağıq - indi nə baş verir və gələn il üçün gələcəyimizi müəyyən edək” deyən A.Lukaşenko postsovet məkanının digər dövlət başçılarının da bu söhbətə qoşulacağını istisna etməyib.
Ramid İbrahimov
















