• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Macarıstan parlamentində İsveçlə bağlı səsvermə baş tutmadı

DÜNYA

05 Fevral 2024 | 17:35

Macarıstan parlamentində İsveçlə bağlı səsvermə baş tutmadı

Macarıstan parlamentinin növbədənkənar iclasında İsveçin NATO-ya daxil olması ilə bağlı sazişin ratifikasiyası üzrə səsvermə baş tutmayıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə parlament sədrinin müavini Şandor Lejak məlumat verib.

Onun sözlərinə görə, Macarıstan parlamentinin növbədənkənar iclasında kvorum təmin olmayıb.

Parlamentdə mandatların əksəriyyətinə malik olan, hakim partiyanın “FİDES – Macarıstan Vətəndaş Birliyi” fraksiyası yalnız müxalifət partiyalarının nümayəndələrinin iştirak etdiyi iclasda iştirakdan imtina edib. Parlamentin iclasında 199 deputatdan cəmi 51-i iştirak edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026