Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmud Nəbiyev vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məhkəmədən məlumat verilib.
Məlumata görə, M.Nəbiyev bu gün səhər saatlarında ürək tutmasından dünyasını dəyişib.
Qeyd edək ki, M. Nəbiyev 1957-ci il mayın 29-da Naxçıvanda anadan olub. O, 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
Hüquq-mühafizə orqanlarında yüksək vəzifələrdə çalışan M. Nəbiyev 2000-ci ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri vəzifəsində çalışıb.

















