• Bakı 27° C

    3.48 m/s

  • USD - 1.7

    EUR - 1.8253

    RUB - 0.0193

Makron: Fransa polisi Yeni Kaledoniyada qalacaq

DÜNYA

23 May 2024 | 11:38

Makron: Fransa polisi Yeni Kaledoniyada qalacaq

Fransız polisi və jandarm qüvvələri lazım olduğu müddətəcən Yeni Kaledoniyada qalacaq.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron arxipelaqda olarkən bildirib.

“Yaxın bir neçə saat ərzində Yeni Kaledoniyaya yerləşdiriləcək təhlükəsizlik qüvvələri lazım olduğu müddətcə orada qalacaq. Prioritet məqsəd qayda-qanunları bərpa etməkdir”, - prezident “X” sosial şəbəkəsində paylaşım edib.

“Le Monde” qəzetinin məlumatına görə, E.Makron Fransa Ali Komissarlığının Yeni Kaledoniyadakı ofisinə səfəri zamanı arxipelaqa göndərilən hüquq-mühafizə orqanları əməkdaşlarının sayının 3 min nəfərə çatdırılacağını bildirib və əlavə edib ki, onlar hətta Olimpiya və Paralimpiya Oyunları zamanı da orada qala bilərlər.

Əlavə edib ki, yerli ictimai-siyasi xadimlər barrikadaların götürülməsinə çağırsalar, fövqəladə vəziyyət uzadılmayacaq.


SON XƏBƏRLƏR

15 Iyun 2024