• Bakı 10° C

    5.49 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

Makron: "Mövqeyimiz bəllidir, Ukraynanı..."

DÜNYA

26 Sentyabr 2024 | 14:55 | Müəllif: Əli Hüseynov

Makron: "Mövqeyimiz bəllidir, Ukraynanı..."

Fransa prezidenti Emmanuel Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə Nyu-Yorkda görüşü zamanı bəyan edib ki, lazım olduğu müddətdə Kiyevi dəstəkləməyə davam edəcək.

Bakıvaxtı.az xəbər verir ki, Yelisey Sarayından verilən açıqlamaya görə Makron və Zelenski Nyu Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 79-cu Baş Assambleyası çərçivəsində ikitərəfli görüş keçiriblər.

Zelenskidən bölgədəki vəziyyətlə bağlı məlumat alan Makron bildirib ki, Ukraynanın təhlükəsizliyi Avropanın təhlükəsizliyinin ayrılmaz hissəsidir.

Görüş zamanı Makron Fransanın lazım olduğu müddətcə Ukraynaya dəstəyini davam etdirəcəyini bəyan edib və Rusiya-Ukrayna müharibəsi kontekstində Ukraynanın özünü müdafiə etmək, vətəndaşlarını qorumaq hüququna malik olduğunu vurğulayıb.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026