• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Keçmiş zabit qəzada həlak oldu - Foto

DÜNYA

26 Oktyabr 2024 | 11:07

Keçmiş zabit qəzada həlak oldu - Foto

Oktyabrın 24-ü saat 20 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, 68 yaşlı Həziyev Səfəralı Məstalı oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobil taxta dolu yükü daşıyan “KamAZ”a çırpılıb.

Ağır bədən xəsarətləri alan S.Həziyev hadisə yerində ölüb.

Bildirilir ki, qəzada vəfat edən Səfəralı Həziyev əvvəllər hüquq-mühafizə orqanlarında zabit kimi çalışıb və Birinci Qarabağ müharibəsi veteranıdır.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.


Keçmiş zabit qəzada həlak oldu - FotoKeçmiş zabit qəzada həlak oldu - Foto
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026