• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Makron: "Pavel Durovun həbsi siyasi qərar deyil"

DÜNYA

27 Avqust 2024 | 15:27 | Müəllif: Gülşən Şərif

Makron: "Pavel Durovun həbsi siyasi qərar deyil"

"Durovun həbsinin altında hansısa siyasi motivlər dayanmır".

Bakıvaxtı.az "BBC"yə istinadən xəbər verir ki, bunu "Telegram" mesajlaşma proqramının qurucusu və sahibi, rus əsilli milyarder Pavel Durovun saxlanmasını şərh edən Fransa prezidenti Emmanuel Makron deyib.

O, bildirib ki, "Telegram"ın baş direktorunun Fransa ərazisində saxlanılması davam edən əməliyyat çərçivəsində baş verib. Bu məsələ ilə bağlı qərar vermək hakimlərin işidir:

"Fransa ifadə və ünsiyyət azadlığına, innovasiyalara və sahibkarlıq ruhuna dərin sadiqdir. “Hüquqi dövlətdə həm sosial mediada, həm də real həyatda vətəndaşları qorumaq və onların fundamental hüquqlarına hörmət etmək üçün azadlıqlar hüquqi çərçivədə qorunur".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026