• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Paşinyanın həyat yoldaşı Ərdoğanın xanımı ilə görüşdü - FOTOLAR

DÜNYA

26 Sentyabr 2024 | 14:45

Paşinyanın həyat yoldaşı Ərdoğanın xanımı ilə görüşdü - FOTOLAR

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanla görüşüb.

Bakıvaxtı.az saytı xəbər verir ki, Anna Akopyan Nyu-Yorkda ABŞ-ın birinci ledisi Cill Baydenin adından verilən ziyafətdə Əminə Ərdoğana yaxınlaşaraq, onunla söhbət edib və şəkil çəkdirib.

Görüntülərdə Anna Akopyanın Əminə Ərdoğanla səmimi ünsiyyətdə olduğu diqqət çəkir.

Xatırladaq ki, Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla sentyabrın 22-də Amerika Birləşmiş Ştatlarına işgüzar səfər edib. Bu səfər sentyabrın 27-də başa çatacaq.

Nikol Paşinyan dünən BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Nyu-Yorkdakı “Türk  evi”ndə keçirilən həmin görüşdə Ərdoğan “Daha ədalətli bir dünya mümkündür” adlı imzalı kitabını Paşinyana hədiyyə edib. Nikol Paşinyanın kitabı alandan sonra kameralara gülərək, poza verməsi erməni cəmiyyətində birmənalı qarşılanmayıb.

Baş nazirin hərəkətindən qəzəblənən radikal düşüncəli və revanşist xislətli ermənilər sosial şəbəkələrdə ona qarşı nifrət və kin püskürüblər.Modern.az


Paşinyanın həyat yoldaşı Ərdoğanın xanımı ilə görüşdü - FOTOLARPaşinyanın həyat yoldaşı Ərdoğanın xanımı ilə görüşdü - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026