• Bakı 12° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bayden Ukraynanı əlavə "Patriot" raketləri ilə təmin edəcək

DÜNYA

26 Sentyabr 2024 | 14:31

Bayden Ukraynanı əlavə "Patriot" raketləri ilə təmin edəcək

ABŞ Ukraynanın hava hücumundan müdafiəsini daha da gücləndirmək üçün Ukraynanı əlavə "Patriot" raketləri və "Patriot" hava hücumundan müdafiə batareyası ilə təmin edəcək.

Bakıvaxtı.az xəbər bu barədə Ağ Ev məlumat yayıb.

"Bu, mənim bu ilin əvvəlində ABŞ-nin hava hücumundan müdafiə vasitələrinin ixracını Ukraynaya yönləndirmək qərarına əsaslanır ki, bu da gələn il ərzində Ukraynanı yüzlərlə əlavə "Patriot" və "AMRAAM" raketləri ilə təmin edəcək və Ukraynaya öz şəhərlərini və əhalisini müdafiə etməyə kömək edəcək”- deyə Co Baydenin bəyanatında bildirilib.

Bayden əlavə olaraq gələn il əlavə 18 pilotun hazırlanmasını dəstəkləmək məqsədi ilə Ukrayna F-16 pilotları üçün təlimləri genişləndirməyi planlaşdırıb.

Həmçinin ABŞ Prezidenti Cozef Bayden prezident səlahiyyətləri çərçivəsində Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərdən qalan 5,5 milyard dolların Ukraynaya ayrılmasını təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026