Yaponiyada Matsusaka cins mal-qara (Vaqyu) hərracda 30 milyon iyena (202 min dollar) satılıb.
Bakıvaxtı.azbu barədəxarici mediaya istinadən xəbər verir. Məlumata görə, birinci dərəcəli mal əti ilə tanınan Mie əyalətində yerli cinsl mal-qara üçün hərrac keçirilib.
Hərracda Mie Prefekturasının Heyvandarlıq Elmi-Tədqiqat İnstitutundan olan 9 hakimin ölçüsü, tükü və ümumi fiziki tarazlığına görə qiymətləndirdiyi 50 iribuynuzlu mal-qara təqdim edilib. Nəticədə “Hiroko No.1” adlı 676 kiloqramlıq Matsusaka cinsli iribuynuzlu heyvan 30 milyon yenaya satılıb.
Bu, son 8 ilin ən yüksək alıcı qiyməti kimi qeydə alınıb. Mal-qaranın yeni sahibi Mienin Tsu rayonundan olan "Asahiya" qəssab dükanı olub.
Mal-qaranı bəsləyən Taiki bölgəsindən olan yapon damazlıqçısı Nakamura Kazuaki "Qiymətin baha olması məni təəccübləndirdi. Mal-qaraya qulluqda göstərdiyim zəhmətin bəhrəsini aldığım üçün sevinirəm və daha da yaxşı mal-qara yetişdirmək istəyirəm" deyib.
Ay Tac