• Bakı 24° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.9604

    RUB - 2.3044

Mareska ilə bağlı danışıqlar davam edir

İDMAN

09 Iyun 2026 | 12:25

Mareska ilə bağlı danışıqlar davam edir

"Mançester Siti" və "Çelsi" klubları Enzo Mareskanın Pep Qvardiolanın əvəzinə baş məşqçi təyin olunması ilə bağlı danışıqları davam etdirirlər.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər arasında kompensasiya məsələsi üzrə müzakirələr artıq yekun mərhələyə yaxınlaşıb.

Qeyd edək ki, Pep Qvardiola mayın 22-də mövsümün sonunda komandadan ayrılacağını açıqladıqdan sonra Mareska onun əsas varisi kimi ön plana çıxıb.

46 yaşlı italiyalı mütəxəssis "Çelsi"də çalışdığı müddətdə Klub Dünya Çempionatı və Konfrans Liqasının qalibi olub. O bu ilin yanvarında London klubundan ayrılsa da, hazırda "Mançester Siti"yə keçməyə maraq göstərir.

"Çelsi" rəhbərliyi isə hesab edir ki, Mareskanın müqaviləsi 2029-cu ilə qədər qüvvədə olduğundan və ayrılığın üzərindən cəmi altı ay keçdiyindən klub kompensasiya almaq hüququna malikdir. Bu səbəbdən London təmsilçisi hüquqi imkanları da nəzərdən keçirir.

Mareska daha əvvəl Qvardiolanın köməkçisi kimi çalışıb və "Mançester Siti"nin 2022/23 mövsümündə tarixi trebl qazanmasında mühüm rol oynayıb. O, 2023-cü ildə klubu tərk edərək "Lester Siti"nin baş məşqçisi olub və komandanı ilk mövsümündə Premyer Liqaya qaytarıb.

Danışıqların yaxın vaxtlarda yekunlaşacağı gözlənilsə də, kompensasiya məbləği hələlik açıqlanmayıb.

Digər tərəfdən, "Mançester Siti" "Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Andersonu transfer etmək istəyir. Klubun ilk təklifi rədd edilsə də, yaxın günlərdə yeni təklifin göndərilməsi gözlənilir.

23 yaşlı İngiltərə millisinin üzvü Bernardo Silvanın komandadan ayrılmasından sonra "şəhərlilər"in əsas transfer hədəflərindən biri hesab olunur. Məlumata görə, futbolçu da "Mançester Yunayted"lə müqayisədə "Mançester Siti"yə keçməyə daha yaxındır.

Lumu Zülfüqarova

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Iyun 2026