• Bakı 14° C

    1.22 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Marsda bir neçə ton Yer mənşəli tullantı TAPILDI

DÜNYA

27 Sentyabr 2022 | 00:41 | Müəllif: Subhan Mahmudov

Marsda bir neçə ton Yer mənşəli tullantı TAPILDI

Marsda 7,2 min kq Yer mənşəli tullantı tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, tapıntını Qərbi Virciniya Universitetinin əməkdaşı Kaqri Kiliç qeydə alıb.

O, Marsa göndərilən bütün aparatların kütləsini təhlil edib. İşlək olmayan avadanlıqları, qeyri-aktiv kosmik gəmiləri və planetə düşən orbital aparatları tullantılar siyahısına daxil edib.

Mütəxəssislər ehtiyat edirlər ki, kosmik aparatların qalıqları NASA-nın “Perseverance” roveri tərəfindən toplanmış nümunələri çirkləndirə bilər. Çünki “Perseverance” roveri həmçinin qeyd olunan tullantıların da şəklini göndərir. Məsələn, eniş zamanı kosmik gəmini ekstremal temperaturdan qorumaq üçün termal yorğanın şəklini göndərib ki, bu da real nümunələri korlayır.

Kiliç bildirib ki, bu aparatların əksəriyyəti hələ də xarab olmayıb. Eyni zamanda kosmik agentliklər onları tullantı kimi yox, tarixi abidə kimi də səciyyələndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026